Yanvarın 18-də İmişlidə Dövlət Yol Polisi maşınının iştirakı ilə qəza nəticəsində iki azyaşlı uşaq həyatını itirib, iki nəfər yaralanıb. Qəzadan sonra polislə bir qrup sakin arasında gərginlik yaşanıb. Daxili İşlər Nazirliyi gərginliklə bağlı məlumat yayaraq bir qrup şəxsin xidməti avtomobilə ziyan vurduğunu, onların saxlandığını bildirib.